!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü

!Reklam – Yazi

9 dekabr 2023-cü il tarixdə TÜRKSOY-un 2022-ci il “Bursa- Türk mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib.

Şuşa Dövlət qoruğu idarəsinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində Yenicag.az-a verilən məlumata görə, tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.

Simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursanın bələdiyyə sədri Əlinur Aktaş tərəfindən təhvil verilib.

TÜRKSOY-un Baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa bələdiyyə sədri Əlinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın “2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı” elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırdılar.

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi qeyd etdilər.

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv