!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Media orqanları ilə jurnalistlərin fərdi qaydada qeydiyyatdan keçmələri prosesinin gedişi...” – Müşfiq Ələsgərli

!Reklam – Yazi

“Sənədləri uyğunsuz olan KİV qurumlarına çatışmazlıqları düzəldib qeydiyyat üçün yenidən müraciət etmələrinə imkan yaradılıb”.

Bu fikirləri mətbuat orqanları ilə jurnalistlərin Media Reyestrində qeydiyyat prosesinin gedişini dəyərləndirən media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Media Reyestrində qeydiyyat tam şəffaf və qanuna müvafiq formada həyata keçirilir:

“Media haqqında” yeni qanuna uyğun olaraq, Media Reyestrinin tətbiqi ölkə mediası ilə bağlı bir sıra qeyri-müəyyənliklərin aradan qaldırılmasına, mətbuat orqanlarının dayanıqlı şəkildə strukturlaşmasına və təkmilləşməsinə, onların peşəkarlığının artırılmasına mühüm zəmin yaradır.

Media Reyestrinin istifadəyə verilməsindən sonra mətbuat orqanlarının, eyni zamanda, jurnalistlərin fərdi qaydada qeydiyyatdan keçmələri prosesinin müşahidəsi bu işlərin normal məcrada davam etdiyini söyləməyə əsas verir.

MEDİA Agentliyinin reyestrin başlanmasının bir ayı üzrə açıqladığı hesabata əsasən, artıq 100 KİV subyekti reyestrdə qeydiyyatdan keçib. 15 KİV subyektinin isə sənədlərində yetərsizlik aşkarlanıb. Sənədləri uyğunsuz olan KİV qurumlarına çatışmazlıqları düzəldib qeydiyyat üçün yenidən müraciət etmələrinə imkan yaradılıb.

Bu cür hesabatlılıq onu göstərir ki, Media Reyestrində qeydiyyat tam şəffaf və qanuna müvafiq formada həyata keçirilir. Paralel olaraq, artıq reyestrə düşmüş KİV subyektlərinin əməkdaşları da jurnalist kimi reyestrə müraciət edib qeydə alınırlar. Ümid edirik ki, reyestr prosesi bu qaydada uğurla davam edib tamamlanacaq”.

A.Zeynalov

www.yenicag.az

6425
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv