“Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilir

media-hightechnic-468x90

Tehsil-Nazirliyi-bina-esasTəhsil Nazirliyinin təşkilatçılığı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (ADİA) “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilir. Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri iştirak edirlər.

ADİA-nın rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, Azərbaycan təhsil sahəsində mühüm islahatlar həyata keçirilir. Rektor təhsil naziri Mikayıl Cabbarov tərəfindən bu sahədə görülən işləri yüksək qiymətləndirib və qeyd edib ki, bunlar ölkədə təhsilin inkişafına müsbət töhfə verir. O əlavə edib ki, təhsildə aparılan islahatlarda mətbuatın rolu vacibdir.

“PR texnologiyaları” adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov “Press-relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda KİV-lə səmərəli və uğurlu münasibətlərin qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin vacibliyi, ictimaiyyətlə əlaqələrin qurulması məsələlərinə toxunulub. C.Valehov bildirib ki, məqsəd Təhsil Nazirliyi tərəfindən media və təhsil dialoqu çərçivəsində müzakirələrin davam etdirilməsindən ibarətdir: “Bununla da Azərbaycanın müxtəlif təsnifatlı media qurumları ilə iş təcrübəsini daha da təkmilləşdirək, təhsillə, media ilə bağlı olan ekspertlərin fikirlərini dinləyək, onlardan gələcəkdə paylaşa biləcəyimiz təcrübələri öyrənə bilək”.

Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov “Universitet syatları: Hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinq iştirakçılara təqdim edib.

Sonra təqdimatlarla bağlı geniş müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.

Tədbir “APA Holdinq” və “Azad Azərbaycan” Televiziyasının informasiya dəstəyi ilə keçirilir(lent.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600