“Megafun” Əyləncə mərkəzi-əsl soyğunçuluq məkanı
Bu günlərdə paytaxt Bakının Mərkəzində yerləşən “Megafun” Əyləncə mərkəzi ilə bağlı çox maraqlı məlumat daxil olub.
Bu məlumatdan daha çox bir valideynin peşəkarcasına soyulmasına bənzəyir.
Müraciəti olduğu kimi təqdim edirik:
“…Mən ara-sıra övladlarımla birgə “Megafun” Əyləncə mərkəzinə gedirik. Qiymətlərin bahalığı, xidmətin sıfır səviyyəsində olmasını müşahidə etsəm də, uşaqların istəyini nəzərə alıb bir də bura gəlmək qərarına gəldim. Amma budəfəki gəlişim elə bu məktubu yazmağıma səbəb oldu. Belə ki, öncəki, gəlişimdə atraksionlardan istifadə etmək üçün adi istifadə KARTI almışdım. Bundan başqa bu əyləncə mərkəzinin xüsusi layihəsi çərçivəsində 50 dəqiqəlik istifadə kartıda almışdım. Yəni üzərimdə potensal istifadə olunmamış 2 kartla yenidən “Megafun”a gəldim. Əvvəlcə 50 dəqiqəlik kartdan istifadə etməyi qərara aldım. 1 atraksiondan 10 dəqiqəlik istifadədən sonra digərinə keçdim. Amma kart çalışmadı. Digər atraksionlarda da eyni problemlə üzləşdim. Dərhal üzümü tutdum kartı aldğım yerə. Bir cavan oğlan öncə dedi ki, xüsusi kompaniya çərçivəsində aldığın 50 dəqiqəlik layihə artıq işləmir, başa çatıb.
– Vətəndaş: Niyə bu barədə kartı 20 azn-ə satanda xəbər eləmirdiniz?
– Cavab gəlmədi.
– İkinci sualım: Əgər bu kart işləmirsə niyə 1-ci atraksionda 10 dəqiqə işlədi, digərinə keçikdə isə işləmədi?
– Bir müddət cavab gəlmədi. Sonra asta səslə: “Siz kartı telefona yaxın tutmusunuz ona görə yanıb”.
– 3-cü sual: bu barədə bildiriş, ya kartın üstündə hər hansı qeyd varmı?
– Cavab: Bəli kartın üzərində bu barədə qeyd var.
Kartı üzərində olan bütün qeydləri olduğu kimi oxudum. “Megafun”nın əməkdaşı da bunu gördü, əlavə Sizə göndərdiyim fotolarda da özünüz bunu aydın görə bilərsiniz. Digər ikinci kartıma da “yanıb” diaqnozu ilə embarqo qoydular. Bir vətəndaş artıq 40 azn ziyana düşdü. Bucür haramçılıq və fırıldaqçılıq üzərindən pul qazanmaq olmaz. Bunları Sizə yazmaqda əsas məqsədim isə valideynləri ayıq-sayıq olmağa çağırmaqdır”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq(xeber1.az).