Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məğrur əsgərimizin Şuşada çəkdiyi YENİ VİDEO

Artıq 4 gündür ki, Azərbaycanın şanlı ordusu, rəşadətli əsgərləri qanları bahasına geri aldıqları, 28 il 6 ay düşmən caynağında qaldıqdan sonra xilas etdikləri Şuşa şəhərindədirlər. Bütün millətə sevinc yaşadan, onları həyatlarında heç vaxt olmadğı qədər fərəhləndirən bu hadisə Şuşanı birbaşa döyüşdə azad edən əsgərləri birəbeş riqqətə gətirib. Hamıdan çox sevinmək, qürur duymaq onların haqqıdır.

Belə məğrur və fədakar əsgərlər artıq özlərinin və xalqın qələbəsini əyani sübutu olaraq, videolar çəkir, onu internet resurslarında və sosial şəbəkələrdə paylaşır, həm öz sevinclərini xalqla bölüşür, həm də xalqa o qürurlu anları təkrar-təkrar yaşadırlar.

Müzəffər əsgər necə bir dəyərli qələbəni əldə etdiyinin fərqindədir. Biz də onun çağırışına, alqışına qoşuluruq. “Eşq olsun Azərbaycan əsgərinə!”

www.yenicag.az

1175