Məhbuslar qiyam qaldırıb

media-hightechnic-468x90

images (1)Çelyabinskdəki 1 saylı istintaq təcridxanasında yüzə yaxın məhbus qiyam qaldırıb.

Mobil telefon aşkarlanan məhbuslardan biri kameradan çıxmaqdan imtina edib və digər məhbusları onu dəstəkləməyə çağırıb.

Gecə saat 1:30-da həmin məhbusdan xəbər çıxmadığını görə digər saxlanılan şəxslər qapıları döyəcləməyə, dəhlizə su axıtmağa, döşəkləri yandırmaqla tüstülənmə yaratmağa və müəssisə rəhbərliyinə itaətsizlik nümayiş etdirməyə başlayıb. Aksiyaya 30 kamerada saxlanılan 100-dək şəxs qoşulub. Onlardan 8 nəfəri özlərinə xəsarət yetirib. Onlara ilkin tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları məhbuslara fiziki güc tətbiq edilmədiyini bəyan edib.

Hüquq müdafiəçiləri isə bildiriblər ki, qiyama səbəb dekabrın 8-də məhbuslara yemək, dərman verilməsinin və kameraların qızdırılmasının dayandırılması olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa