“Yəni qonşuda faciəli şəkildə bir övlad həyatını itirirsə, və o ailə yas içindədirsə, digər qonşunun toy-nişan, şadyanalıq etməsi nə dərəcədə insanlığa sığışan hərəkətdir?”
Məhərrəm ayına sayılı günlər qalıb. Bu ayın başlanması Azərbaycanda ənənəvi olan “toy, nişan etmək olar, ya günah sayılır?” sualını yenidən gündəmə gətirib.
İlahiyyatçı Hacı Nizami Yenicag.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Kərbəla müsibəti Qurani-Kərim nazil olandan 50 il sonra baş verib. Buna görə də Quranda bu ayda şadyanalıq etməyin qadağan, ya günah olması barədə heç nə yazılmayıb. Lakin Quranda da buyurulub ki, Peyğəmbər Əhli-Beytinə sayğı duymalıyıq. Yəni qonşuda faciəli şəkildə bir övlad həyatını itirirsə, və o ailə yas içindədirsə, digər qonşunun toy-nişan, şadyanalıq etməsi nə dərəcədə insanlığa sığışan hərəkətdir? Bu, bir insanlıq məsələsidir. Ən azı toyun, xeyir işin vaxtını dəyişmək olar. Əgər peyğəmbər Əhli-Beytinə sağımız varsa, bu ayda toy, şadyanalıq etməməliyik”.
Cəvahir
www.yenicag.az