Mehriban Əliyeva haqqında məqalə dərc olundu
Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva haqqında məqalə dərc edilib.
“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban Əliyevanın həyat yolundan bəhs edilir.
Bu yazı “Delfi” informasiya xəbər portalı ilə Azərbaycanın Tallindəki səfirliyinin əməkdaşlığı sayəsində, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının populyarlaşdırılmasına yönəlmiş layihəsinin həyata keçirilməsi çərçivəsində çap edilmiş silsilə məqalələrdən biridir.
Ümumiyyətlə, qarşıdakı Avropa Oyunları və Azərbaycan haqqında müxtəlif mövzularda 20-dən çox məqalə dərc edilməsi planlaşdırılır. Hələlik yalnız eston dilində çap olunan bu məqalələrin sonradan “Delfi” səhifələrində rus dilində də nəşri nəzərdə tutulur.