Meksikada reabilitasiya mərkəzində yanğın – 12 nəfər ÖLDÜ

media-hightechnic-468x90

Meksikanın Quanaxuato ştatında yerləşən reabilitasiya mərkəzində güclü yanğın baş verib. Hadisə faciə ilə nəticələnib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Haber Global” yayıb.

İlkin məlumatlara görə, San Xose İturbide şəhərində narkotik asılılığı olan şəxslərin müalicə aldığı mərkəzdə baş verən yanğın nəticəsində 12 nəfər həyatını itirib, azı 3 nəfər isə xəsarət alıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Meksika mediası bəzi özəl reabilitasiya mərkəzlərinin dövlət tərəfindən lazımi şəkildə tənzimlənmədiyini, maliyyə çatışmazlığı səbəbindən nəzarətsiz şəraitdə fəaliyyət göstərdiyini və oradakı insanların tez-tez zorakılığa məruz qaldığını vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600