Məktəbin damı uçdu

media-hightechnic-468x90

9b7690f6b5bf3efd7a11ff2f3b59a081Təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb

Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, bununla əlaqədar olaraq bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600