Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.
Bu barədə Yenicag.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, E.Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvada səfərdədir.