Məmur “razborkası” minlərlə sakini evsiz qoyacaq
Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra başçısı Xaləddin Isgəndərov rayonda neft şirkətinin ərazisində inşa edilmiş evlərin sökülməsinə dair 1000-dən artıq məhkəmə qərarının olduğunu bildirib. İcra başçısı qeyd edib ki, sökülməsinə qərar verilən həmin evlərin əksəriyyəti 2006-2007-ci illərdə verilən sənədlər əsasında inşa edilib.
Xaləddin İsgəndərovun sözlərindən aydın olunur ki, bu evlər əvvəlki icra başçısı Alı Qocayevin dövründə inşa edilib.
Sirr deyil ki, həmin evlər icra hakimiyyətinin xəbəri olmadan inşa edilə bilməz. Deməli, bu məsələdə Alı Qocayev məsuliyyət daşıyır.
Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır. Xaləddin Isgəndərov isə vergilər naziri Fazil Məmmədova yaxın şəxs sayılır. Bu məsələnin adçıkəilən şəxsləri üz-üzə gətirəcəyi şübhəsizdir. (azadlıq.info)