İtaliyalı aktrisa Monika Belluççi Ceyms Bond seriyasından çəkilən yeni film haqda danışıb.
“007: Spectre” adlı fillmdə “Bond qızı” obrazını canlandıran Monika bu ifadə ilə razılaşmadığını deyib:
“Belə deyə bimərəm, çünki mənim artıq müəyyən yaşım var. Mən onun qızı yox, qadınıyam”.
51 yaşlı aktrisa rejissorun onu bu rola dəvət etməsini cürətkar addım adlandırıb:
“Kişilər fikirləşirlər ki, qadın artıq uşaq dünyaya gətirə bilmirsə, o qocalıb. Amma rejissor Sem Mendes inqilab etdi. Bu rolu mənə verməklə belə düşünənlərin səhv olduğunu sübut etdi”.
Belluççi əfsanəvi casusun sevgilisi obrazını oynadığı üçün çox qürurlu olduğunu deyib:
“Bu rol karyeramda xüsusi qürur yerim olacaq. Bond mükəmməl insandır. Çünki o, mövcud deyil”(axşam)
www.yenicag.az