Mənzil almaq istəyənlərin nəzərinə

media-hightechnic-468x90

28631 (1)“Yeni ilin əvvəlində əmlak bazarında qiymət dəyişikliyinin baş verməsi ehtimalı var. Bu ilin sonuna qədər hər hansı bir dəyişiklik gözlənilmir. Hələ ki, əmlak bazarında stabillik var, qiymət artımı və azalması istiqamətində ciddi bir dəyişiklik yoxdur”.

Bu fikirləri  iqtisadçı-ekspert Ramil Osmanlı, ölkənin əmlak bazarındakı vəziyyəti şərh edərkən, deyib. Onun sözlərinə görə, kirayə evlərin qiymətlərindəki artım evlərin qiymətinin artması anlamına gəlmir:

“Qiymət artımına bir çox amillər təsir edə bilər. Misalçün, İpoteka kreditlərinin verilməsi ilə bağlı canlanma, kirayə bazarındakı qiymət artımı. Kirayə qiymətləri artdıqca, insanlar elə hesab edirlər ki, evlərin qiyməti qalxıb. Bu, heç də belə deyil. Kirayə bazarında qiymət azalması ilə bağlı, hələ ki, müşahidələr yoxdur. Gələn ilin əvvəlində kirayə evlərin qiymətində müəyyən azalmalar ola bilər”.

R. Osmanlı qeyd edib ki, paytaxtda aparılan söküntü işləri ən çox yaşayış sahələrinin qiymətinə təsir edib:

“9 aylıq dinamikaya əsasən, söküntü işlərinin aparılması ən çox yaşayış sahələrinin, yəni, mənzil və torpaq sahələrinin qiymətinə təsir edib. Qeyri- yaşayış sahələrinin qiymətinə nəzər salsaq, şahidi oluruq ki, 9 aylıq qiymət dəşyişməsi, təxminən, 8.5 faiz ətrafındadır. Bu müddət ərzində torpaq sahələrinin qiymətində 17 faizdən yuxarı, mənzillərdə isə 20 faizdən çox artım olub. Yaxın zamanda gözlənilən qiymət dəyşikliyi söküntü işləri ilə əlaqədar ola bilər. Bazardakı bütün proseslər, qiymət artımı söküntü nəticəsində bazara daxil olan pul axınlarından asılıdır. Pul axınlarının həcmi böyüdükcə, bu, bazardakı vəziyyətə də öz təsirini göstərir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600