Bakıda mənzildə kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
www.yenicag.az