!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məqsəd ən birinci uğurdur ... – sosioloq Rüfət İsmayılzadə

!Reklam – Yazi

Dünən ölkə gündəmi cüdoçumuz Hidayət Heydərovun Fransada keçirilən Yay Olimpiya oyunlarında qazandığı qızıl medal xəbəri ilə yaxşı mənada silkələndi. Azərbaycan bayrağı Fransada dalğalandı. Bu qürur hissini bütün azərbaycanlılar yaşadılar.

Sosioloq Rüfət İsmayılzadənin sözlərinə görə, əslində bu cür qələbələr cəmiyyətə gözəl bir mesajdır:
“ Dünənki qələbə bir daha sübut etdi ki, insan qarşısına məqsəd qoymalıdır. Kamil insan məqsədsiz yaşamır. Əgər sənin məqsədin varsa, demək uğur qaçılmazdır. Gec-tez sən o uğura imza atacaqsan, yetər ki, ruhdan düşməyəsən. Dünənki qələbə bizim hər birimizin sevincidir. Bir sosioloq kimi deyim ki, bu cür uğur hekayəsi olan insanlar, xüsusən də idmançılar məktəblilərlə tez-tez görüşməlidirlər. Onların əzmi, iradəsi, məqsədə doğru addımları həm motivasiya, həm də örnəkdir. Övladlarımızın idmana yönəlməsi, təkcə özlərinin deyil, cəmiyyətin də sağlamlığı deməkdir.

Çox istərdim ki, pedaqoqlar bu işin ciddiyyətini nəzərə alsınlar. Şagirdlərlə bu cür insanların görüşlərini tez-tez təşkil etsənlər. Övladlarımızın idmana, bədən tərbiyəsinə yönəlməsi öncə bizim uğurdur. Uşaqlara o da aşılanmalıdır ki, onların gələcəkdə əsl vətəndaş, əsl insan kimi yetişməsində sağlam olmaları mütləqdir. Bunda da idmanın, bədən tərbiyəsinin böyük rolu var. Bədəni tərbiyə edək ki, cəmiyyət də tərbiyəli olsun.

COP29

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv