Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Məqsədimiz "Qarabağ"ı keçməkdir" - "Samtredia"nın baş məşqçisi

Reklam: Sinerji Pro

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan öncə açıqlama verən qonşu ölkə təmsilçisinin baş məşqçisi Gia Tsetsadze hədəflərindən danışıb.

Gürcü çalışdırıcı “Qarabağ” səddini aşmaq istədiklərini bildirib:

“Hər şey meydanda bəlli olacaq. Məqsədimiz “Qarabağ”ı keçməkdir. Fikrimcə, cütün taleyinə ilk oyunda aydınlıq gəlməyəcək. “Qarabağ”ın iki yoxlama görüşündə 10 qol buraxması heç nə demək deyil. Yəni yoldaşlıq görüşünə əsasən, hansısa komandanın gücünü, hədəfini müəyyən etmək olmaz. “Qarabağ” güclü komandadır, onlarla mübarizə aparmalı olacağıq”.

Yenicag.az

Loading...

www.yenicag.az

545
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100