Mərhum jurnalist Mənsur Ələkbərovun doğum günüdür

media-hightechnic-468x90

Bu gün mərhum jurnalist, şair, Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin məsul katibi olmuş Mənsur Ələkbərovun doğum günüdür.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Mənsur Ələkbərov yaşasaydı bu gün 63 yaşını qeyd edəcəkdi.

Xatırladaq ki, Mənsur Abbas oğlu Ələkbərov 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin “Kitabşünaslıq və nəşr işi” fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.

1993-cü ildə həmin fakültəni poliqrafiya ixtisası üzrə başa vurub.

1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan “Təbib” qəzetində məsul katib işləyirdi.

Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.

Allah rəhmət eləsin.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05