Mərhum telejurnalistin doğum günüdür

media-hightechnic-468x90

ali mustafayev esasTarixdə bu gün: 14 aprel

Tarixdə bu gün aprelin 14-də telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952-20.11.1991) Qazax rayonunda doğulub. 1991-ci ilin 20 noyabrında erməni silahlı qüvvələri tərəfindən Qarakənd (Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Xocavənd (Martuni) rayonu) səmasında vurulmuş vertolyotda həlak olub.

1744 – Rus dramaturgiyasının banilərindən Denis İvanoviç Fonvizin (1744-1792) anadan olub. Pyesləri: “Gənc cahil”, “Briqadir”.

1865 — ABŞ-ın XVI prezidenti Avraam Linkoln bir sui-qəsdçi tərəfindən öldürülüb.
1870 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov (1870-1925) anadan olub. Nəriman Nərimanov 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kitabxananı təşkil edib. Siyasi fəaliyyətə 1905-cü ildə social-demokrat “Hümmət” təşkilatında başlayıb. Oktyabr inqilabından (1917) sonra Moskvada bolşevik hökumətində işləyib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. “Nadanlıq”, “Nadir şah” və s. əsərlərin müəllifidir.

1889 – Məşhur ingilis tarixçisi və sosioloqu Arnold Cozef Toynbi (Arnold Joseph Toynbee, 1889-1975) anadan olub. Sivilizasiyaların tarixindən bəhs edən “Tarixin dərk olunması” adlı 12 cildlik əsərin müəllifidir.

1907 – Xalq artisti Fatma Qədri (1907-1968) anadan olub. Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. 1932-ci ildən Bakı Rus Dram Teatrında, 1935-ci ildən Dövlət Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

1919 – Nəsib bəy Usubbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib. Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə «Müsavat»la yanaşı, «Əhrar», sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir («Daşnaksütyun») də yer alıb. Xalq Cümhuriyyətinin 4-cü hökumət əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü – 1919-cu ilin dekabrınadək olub.

1925 – Amerika aktyoru, dəfələrlə «Oskar» mükafatının laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” flimlərində çəkilib.

1927 — İsveçdə ilk dəfə olaraq Volvo maşını nümayiş olunub.

1930 – Tanınmış Litva kinorejissoru Vitautas Jalakyəviçus (1930-1996) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Bu şirin söz – azadlıq” (filmdə azərbaycanlı aktyorlar Rasim Balayev, Cahangir Mehdiyev, Eldar Əliyev çəkiliblər) və s.

1930 – Məşhur rus şairi Vladimir Vladimiroviç Mayakovski (19.7.1893, Kutaisi – 1930) vəfat (intihar) edib. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı”. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.

1945 — Xorvatiya şəhəri olan Osiek faşist işğalından azad olub.

1952 – Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952-20.11.1991) Qazax rayonunda doğulub. 1991-ci ilin 20 noyabrında erməni silahlı qüvvələri tərəfindən Qarakənd (Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Xocavənd (Martuni) rayonu) səmasında vurulmuş vertolyotda həlak olub.

1993 – Böyük Britaniya, Pakistan və Misir adından erməni qüvvələrinin Kəlbəcərin işğalını pisləyən və Qarabağdakı müharibəni dayandırmağa çağıran bəyanatı yayılıb.

2003 — ABŞ qüvvələri Bağdadda Abu Abbası ələ keçirir. Abu Abbas Fələstindən olan cinayətkar qrup lideri idi və o bir çox amerikalının ölməsinə səbəb olub(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600