Mərkəzi Bank 12 nəfəri “qara siyahı”ya saldı

b103Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ümumi siyahını yeniləyib.

Xidmətdən verilən xəbərə görə, siyahıya 12 nəfərin adı əlavə olunub. Onların 11-i Əl-Qaidə, 1-i isə İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.