Məscidin 3D modeli hazırlanıb
Türkiyənin Adana şəhərində “Sabancı-Merkez” məscidi araşdırılıb. Binanın 3D modelinin hazırlanmasında pilotsuz uçuş aparatlarından istifadə edilib.
Baxış və modelləşdirmə İsveçrənin “Leica Geosystems” şirkətinin Türkiyədəki nümayəndəliyi olan “Sistem” şirkəti tərəfindən “Aibotix” pilotsuz uçuş aparatlarının Almaniyadakı istehsalçısı “NRJ Engineering”lə birgə həyata keçirilib.
Türkiyənin ən böyük məscidi altı minarədən ibarətdir, onlardan dördü 99 metr hündürlüyə malikdir. Beş günbəzdən ən böyüyünün diametri 32 metr, hündürlüyü 54 metrdir ki, bu da onların tədqiqini çətinləşdirir və xeyli pul tələb edir.
Pilotsuz təyyarədə rəqəmsal kamera quraşdırılıb, kamera çəkdiyi şəkilləri dərhal yerüstü stansiyaya ötürüb. Həmin məlumatlar emal edilib və məscidin 10-20 millimetr dəqiqliklə 3D surəti yaradılıb.