“Məscidlər artdıqca iman azalıb…”
Məşhur filosof və tarixçi Əlisa Nicat açıqlamasında Azərbaycanda məscidlərin artması fonunda imanın azalması probleminə diqqət çəkib:
“Azərbaycanda məscidlər artdıqca iman azalmaqdadır. Əlbəttə, burada söhbət dinin zahiri əlamətlərindən getmir. Söhbət daxili və mənəvi keyfiyyətlərdən gedir.Kiminsə evində Quran saxlaması, Məhərrəmlikdə baş yarması, hər gün məscidə getməsi hələ Allaha olan inam və imanın artması demək deyil. Allaha olan sevgi və iman insanın əməlində öz əksini tapmalıdır. Bu cür nümunələr isə azdır. Əgər həqiqətən də Allaha bu qədər kütləvi sevgi və iman olsaydı, bu ölkədə nə yalan, nə riyakarlıq, nə oğurluq, nə də qətl olmamalı idi”.