Məşəl Göyçaya yollanıb

media-hightechnic-468x90

94021Birinci Avropa Oyunlarının məşəli Şəmkir rayonundan sonra bu gün Ucar rayonuna gətirilib.

Yarışın rəmzinin yürüşünə saat 14:00-da şəhər mərkəzində yerləşən Koroğlu küçəsində start verilib.

Avropa Oyunlarının simvolik qapısında məşəli rayonun fəal gənci Tağı Məmmədov qəbul edib. Bakı-2015-in rəmzini daşımaq üçün 10 gənc estafetə qoşulub və onlar məşəli bir-birinə ötürərək, şəhərin Heydər Əliyev prospektindən keçib. Məşəlin qarşılanma mərasimi Heydər Əliyev parkında tamamlanıb.

Ardınca məşəli məşqçi-idmançı Seymur Quliyev qəbul edərək, parkda quraşdırılmış səhnəyə qalxıb və çırağı alovlandırıb. Daha sonra yarışın simvolu sayılan çırağı şahmatçı Süsən Məmmədova Heydər Əliyev mərkəzinə təhvil verib. Bakı-2015-in rəmzi Avropa Oyunlarının sonuna kimi burada saxlanılacaq.

Məşəl Ucar rayonundan sonra Göyçay rayonuna aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600