Meşələrin ekologiyanın qorunmasında rolu nə qədərdir?

media-hightechnic-468x90

7a6637de-04ee-4e49-b19f-f655eb4cfe72_tv_w748_r1_s“Ekologiyanın qorunmasında meşə sahəsinin həcminin çoxluğunun hər hansı bir təsiri yoxdur“.

Bu sözləri Yenicag.az-a açıqlamasında ekoloq Samir İsayev söyləyib: “Azərbaycanda meşə sahəsi ümumi ərazinin 11,2 faizini təşkil edir. Amma elə ölkələr var ki, orada meşə sahəsi ümumiyyətlə yoxdur. Meşə sahəsinin həcminin çoxluğu və ya azlığı hansısa bir ölkənin ekoloji sağlamlığına təsir edən faktor deyil. Ərəb ölkələrinin çoxunda meşələr ümumiyyətlə yoxdur, amma ekologiyası kifayət qədər təmizdir. Sadəcə olaraq, düşüncədə belə təsəvvür formalaşıb ki, guya meşələrin oksigen təmizlənməsində, karbon qazının azalmasında müəyyən rol oynayır. Amma faktiki olaraq dünyada istehsal olunan oksigenin böyük hissəsi dünya okeanı tərəfindən istehsal olunur. Söhbət ondan gedir ki, meşələr nə qədər çox olsa bir o qədər yaxşıdır. Amma onun  azlığı və çoxluğu elə də əhəmiyyət daşıyan faktor deyil. Əsas odur ki, ətraf mühitin çirklənməsi qəbul ediləcək səviyyədə olsun. Yəni düzgün qiymətləndirilmə aparılsın”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600