Məşhur aktyor ifadə verdi

media-hightechnic-468x90

94098Məşhur aktyor Tarık Akan Gəzi parkında baş tutan aksiyada öldürülən Berkin Elvan üçün mitinq keçirmək məqsədi ilə çəkilən video-çarxda rol aldığı üçün ifadə verib.

Yenicag.az qafqazinfo-ya  istinadən xəbər verir ki, bu gün Tarık Akan istintaq prokuroru Umut Təpəyə ifadə vermək üçün məhkəməyə gedib. Məşhur aktyor ifadəsində Berkin Elvanın qatillərinin tapılması, mühakimə olunması üçün video-rolikdə rol aldığını və yalnız “Qatilim harada?” sualını soruşduğunu, bunu da ictimai həssaslıq daxilində etdiyini, kimisə aksiyaya dəvət etmədiyini bildirib.

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğu “Berkin üçün 11 martda həyatı dayandır” şüarıyla video-rolik çəkən 11 məşhura “Cinayət törətməyə açıq şəkildə zəmin yaratmaq” maddəsi ilə cinayət işi açılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600