!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur bloqerin sevgilisinə 459 il həbs cəzası verildi

!Reklam – Yazi

Türkiyəli sosial şəbəkə fenomeni Nihal Candanın sevgilisinə 459 il həbs cəzası verilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nihal və Bahar Candan bacılarının da adının keçdiyi ucuz avtomobil vasitələri satmaq iddiası ilə vətəndaşları aldadan şəbəkə rəhbəri, eləcə də onun üzvləri həbs və pul cəzasına məhkum edilib.

Təşkilat lideri 479 il həbs və 141 milyon pul cəzasına məhkum edilərkən, sosial media fenomeninin keçmiş sevgilisi Onur Apaydına 459 il 7 ay həbs, 143 milyon 849 min 200 lirə pul cəzası təyin edilib.

Qeyd edək ki, nəqliyyat vasitələrini ucuz qiymətə sataraq insanları aldadan dəstə həbs edilərkən, hadisədə Bahar və Nihal Candan bacılarının da adı hallanıb. Nihal Candanın keçmiş sevgilisi Onur Apaydın da cinayətdə yer alanlardan olub. Belə ki, Bahar və Nihal Candan son aylarda zərərçəkmişləri sakitləşdirmək üçün onlarla lüks restoranlarda görüşüb. Onlar çirkli pulların yuyulmasında ittiham olunublar.

COP29

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv