Məşhur güləşçimiz diskvalifikasiya edildi
Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Bildirilib ki, buna idmançının analizində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.
Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində “S4 Hormon və Metabolik Modulyatorlar – Meldonium” aşkarlanıb.
M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.