!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur şirkət sementin qiymətini qaldırdı: provokasiya – FOTO

!Reklam – Yazi

“Holcim Azərbaycan” ASC istehsal etdiyi bütün növ sement məhsullarının qiymətinin qaldırılması barədə qərar qəbul edib.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, artıq bununla bağlı ASC-nin məhsullarının satışını həyata keçirən satıcılar və distribüterlər xəbərdar edilib. Onlara tapşırılıb ki, satışda olan və vaxtı keçməmiş məhsullar satışdan yığışdırılsın.
Artıq sözügedən məhsulların satışdan yığışdırılması prosesinə də başlanılıb.

Saytımıza təqdim edilən cədvəldən aydın olur ki, “Holcim Azərbaycan” ASC 4 məhsulun hamısının (“Qaradağ Optimal”, “Qaradağ Spesial”, “Qaradağ Sprint” və “Qaradağ Unikal”) qiymətini bahalaşdırır.

Belə ki, “Qaradağ Optimal”ın tonu 95,6 manatdan 112,3 manata, “Qaradağ Spesial” 108,4 manatdan 125 manata, “Qaradağ Sprint” və “Qaradağ Unikal” 116,6 manatdan 133,5 manata qaldırılır.

Satıcıların sözlərinə görə, bu, şirkətin hələ “Həvəsləndirici endirim qiymətləri” cədvəlidir və 2 dekabrdan tətbiq ediləcək. Bu qiymətlərə isə ƏDV daxil deyil.

ƏDV də daxil olmaqla, bu qiymət siyasətinin bazarda qiymətləri təxminən 20 faiz bahalaşdıracağı bildirilir.

Ekspertlərin sözlərinə görə isə Holcim Azərbaycan ASC-nin qiymətləri qaldırmaq üçün heç bir iqtisadi əsası yoxdur. Belə ki, ASC-nin məhsulu istehsal etmək üçün aldığı xammalda bahalaşma qeydə alınmayıb, həmçinin ölkədə daşınma xərclərini artıran yanacaq bahalaşması da yoxdur.

Bu halda ASC-nin qiymət artımı provokasiya kimi dəyərləndirilir.

www.yenicag.az

1649
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv