Məşhur ukraynalı rəssam “Zəfər günü”ndə dünyaya sülh çağırışı etdi – FOTOLAR

Tanınmış ukraynalı rəssam İrina Federenko “8 noyabr – Zəfər Günü”nə həsr edilmiş əsərlərini təqdim edib.

Yenicag.az xəbər verir ki, tanınmış rəssam dünyaya sülh çağırışı edib.

O, Azərbaycan – Ukrayna dostluğuna həsr etdiyi rəsmləri təqdim edib.

Rəsm sərgisi İslahatçı Gənclər İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Fedorenko müasir ukraynalı rəssam, sənətşünasdır. O Ukraynanın Mariupol şəhərində anadan olub, Kiyevdə yaşayır və işləyir. O, öz yaradıcılığında müxtəlif texnika və bədii texnikaları birləşdirir, bir çox üslub və janrlarda işləyir, daim təcrübələr aparır.

Xüsusilə, o, müxtəlif bədii materiallardan: akvarel və mürəkkəbdən istifadə edərək köhnə antik kağız üzərində rəsm çəkməyi sevir. O, əsərlərini SEMIRA təxəllüsü ilə sərgiləyir.

İrina ən məşhur Ukrayna rəssamlarından biridir, son illərdə – Ukrayna, Avropa, ABŞ, Çin qalereyalarında və muzeylərində 40-a yaxın sərgisi baş tutub.

Onun əsərləri London və Nyu-Yorkda müasir incəsənət auksionlarında nümayiş etdirilib, Ukrayna, Avropa və Amerikada şəxsi kolleksiyalarda, xüsusən Kiyev Tarixi Muzeyində, Slovakiyadakı Ukrayna Mədəniyyəti Muzeyində, kolleksiyada saxlanılır.

Rəssamın əsərlərini təqdim edirik:

“2”, akril, 2020-ci il

 

 “Deep Depp” , 2020-ci il

 

 “Deep”  2020-ci il

 

 “Enrique”, 2020-ci il

 

 Ukraynadan sevgilərlə, 2018-ci il

 

 “Piter” 2021-ci il

 

“O” 2020-ci il

 

 “Ürəyi geniş insan”, 2021-ci il

 

 “Аrxip”,  2021-ci il

 

 “Leydi”, 2018-ci il