Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla ibtidai siniflərdə tədrisin başlaması təklif edilir. Bir çox valideynlər koronavirus təhlükəsinə görə uşaqlarının məktəbə getməsinə qarşıdır. Bəs tanınmışlar necə, görək, övladlarını məktəbə göndərəcəklərmi?
Yenicag.az onlara müraciət edib.
Xalq artisti Gülyanaq Məmmədova bu il övladının 3-cü sinfə gedəcəyini bildirib:
“Mən ənəənəvi təhsilin tərəfdarıyam. Çünki onlayn təhsil zamanı uşaqlar oxumur. Onlayan dərs, dərs deyil. Buna görə də istəyirəm övladım məktəbdə, müəllim yanında təhsil alsın. Çünki uşaq müəllim yanında güclə oxuyur, o ki, qaldı evdə valideynin yanında. Düzdür, mövcud vəziyyətdə valideyn olaraq xəstəlikdən ehtiyat edirəm. Amma ənənəvi təhsili dəstəkləyirəm. Tibi qaydalara əməl edilsə, problem yaranmaz”.
Əməkdar artist, aktyor Elnur Kərimov qızınnı 4-cü sinfə gedəcəyini bildirib:
“Mən hər zaman qanunlara riayət etmişəm. Bu dəfə də belə olacaq. Qızım bu il il 4-cü sinifdə oxuyacaq. Ənənəvi təhsilin tərəfdarıyam və buna görə də onun müəllim yanında, yəni məktəbdə təhsilinə üstünlük verirəm. Təbii ki, diqqətim üzərində olacaq, tibbi qaydalara riayət olunacaq”.
Aktrisa Günəş Mehdizadə də ənənəvi təhsilin tərəfdırıdır:
“Bu il qızım birinci sinfə gedəcək. İstərdim hər şey normal olsun, çünki ilk sinif əlamətdar gündür. Üzülürəm ki, onun məktəbə getməsi belə pandemiya vaxtına təsadüf edir. Evdə təhsil uğurlu deyil. Bu, olduqca aşağı nəticə verir. Qorxmağına qorxmuram. Qorxan gözə çöp düşür. Təhsilə çox ciddi yanaşıram və istəyirəm uşaqlarımın ikisi də məktəbə getsin, ənənəvi qaydada təhsilini davam etdirsin. Edəcəklər də”.
Aparıcı Şəbnəm Turan övladının dərsə getməsinə “beşəllə” razılıq verir:
“Virusu heç kim idarə edə bilmir və pandemiyanın tempinə uyğun işimizi qururuq. Nəzərə alsaq ki, mart ayından uşaqlar təhsildən uzaq düşüb, buna görə də şagirdlərin, o cümlədən də öz övladlarımın dərsə davamiyyətini beşəllə dəstəkləyirəm. Oğlum beşinci sinifdə oxuyur. Qaydalara ciddi yanamalıyıq, uşaqların təhsili bərpa olunmalıdır. Bu məsələdə Avrora, rus və digər ölkələrin modelini gördük. Əsas odur ki, tibbi qaydalara əməl olunmalıdır. Anaların məktəbə axışıb, dərs prosesindən tutmuş digər məsələlərə burun soxması bir faktdır. Mən məktəbə ən zəruri halda gedirəm. Deməyim odur ki, qanuna tabe olmayan valideynlər var. Onlar elə vəziyyətə gətirib çıxaracaq ki, sosial izolyasiya qaydalarına uşaqlar əməl edəcək, amma özləri yox”.
Cəvahir
www.yenicag.az