!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Messi "El Klasiko"da oynayacaq?

!Reklam – Yazi

İspaniya çempionatının 9-cu turunda “Sevilya” ilə görüşdə “Barselona”nın əsas qol silahı sayılan Lionel Messi zədələnərək meydanı erkən tərk edib.

Yenicag.az xəbər verir ki, 31 yaşlı hücumçu 16-cı dəqiqədə qonaq komandanın oyunçusu Franko Vaskeslə toqquşaraq yerə yıxılıb. Nəticədə onun sağ qolu əzilib. Leo oyunu davam etdirə bilməyib və əvəzlənib. Ulduz futbolçu qolunda güclü ağrı olduğunu gizlətməyib. Messi stadiondan dərhal xəstəxanaya aparılıb və orada ona sağ qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Lionel Messi oktyabrın 28-də “Real Madrid”lə, noyabrın 4-də “Rayo Valekano” ilə keçiriləcək oyunları, həmçinin Çempionlar Liqasında oktyabrın 24-də və noyabrın 6-da “İnter”ə qarşı keçiriləcək hər iki matçı buraxacaq.

COP29

www.yenicag.az

2799
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv