Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Məsut Özilə silahlı hücumun inanılmaz SƏBƏBİ - VİDEO

Reklam: Sinerji Pro

Dünən axşam saatlarında “Arsenal”ın futbolçusu Məsut Özil Londonda hücuma məruz qalıb.

Yenicag.az xəbər verir ki, hadisə zamanı Özil həyat yoldaşı Amine Gülşe Özil və komanda yoldaşı Sead Kolaşinaça birgə olub. Motosiklet kaskı geyinmiş naməlum şəxs restorandan çıxıb avtomobilinə minmək istəyən Özilə bıçaqla hücum edib. Bu zaman o, avtomobilini yaxınlıqdakı restorana sürərək kömək istəyib. Avtomobildən düşən Kolaşinaç isə soyğunçunu zərərsizləşdirməyə çalışıb.

Soyğunçu həm futbolçulardan, həm də Məsutun avtomobilindən heç bir qənimət götürə bilməyərək hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə dərhal polis çağırılıb. London polisi insidentlə bağlı araşdırma aparır. Hücumun soyğunçuluq məqsədilə edildiyi ehtimal olunur. Belə ki, Kolaşinaçın aldığını bahalı saatı ələ keçirmək istəyiblər.

Hadisə zamanı futbolçuların heç biri xəsarət almayıb.

www.yenicag.az

951
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100