Mətanət botoks vurduran kişilərin MÜDAFİƏSİNƏ QALXDI
“Səhnə adamıdır, istəyər botoks vurdurar, istəyər saçına boya qoyar”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib.
O, özlərinə baxan və bunu üçün estetik əməliyyatlar etdirən kişilərin müdafiəsinə qalxıb.
Aparıcı onları tənqid edənlərə də qarşı çıxıb:
“Danışırlar ki, bu kişi müğənnidir, niyə üzünə botoks vurdurub, saçını boyayıb? Yaxşı edib, səhnə adamıdır, burada eyib heç nə yoxdur. Bizim keçmiş sənətkarlarımız da saçlarını boyayıb. Biri elə rəhmətlik Səfa Qəhrəmanov. O da saçını boyayırdı, çünki sənət adamı idi və səhnəyə çıxırdı”.
Nehru