Mətbuat Şurasında təcrübə keçən tələbələr “Ədibin Evi”ni ziyarət ediblər

media-hightechnic-468x90

Azərbaycan Mətbuat Şurasında təcrübə keçən müxtəlif ali təhsil ocaqlarının filologiya ixtisası üzrə tələbələri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın İçərişəhərdəki ünvanı- “Ədibin Evi”ndə olublar.

media-banner_tkm

Bu barədə Yenicag.az-a “Ədibin Evi”ndən məlumat verilib.

Təcrübəçi qrupunun Mətbuat Şurasındakı rəhbəri Fəridə Ağazadə ilə birgə gənclər yazıçının 1930-40-cı illərdə yaşadığı ev-muzeylə, orada bu gün yaradılan ədəbi mühitlə yaxından tanış olub, Mir Cəlalın həyat və yaradıcılığına dair eksponatlar, o cümlədən şəxsi əşyaları, arxiv materialları və məşhur əsərlərinin əlyazma səhifələrini maraqla izləyiblər.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva tələbələrə Mir Cəlalın milli ədəbiyyatımızdakı özünəməxsus irsi, elmi və pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, həyatının böyük hissəsini Bakı Dövlət Universitetində filoloqların yetişdirilməsinə həsr edən Mir Cəlal bütov nəsil istedadlı ədiblər ortaya çıxarıb.

Şəfər Mehrəliyeva həmçinin “Ədibin Evi”nin məqsədlərindən biri olan gənclərin rəqəmsal dövrdə “oxu” mədəniyyətinin təşviqinə də toxunub. O bildirib ki, müasir texnologiyaların geniş yayılması informasiya əldə etmə imkanlarını artırsa da, kitab oxuma vərdişlərinin qorunması və inkişaf etdirilməsi gənclərimizin yaradıcı və tənqidi təfəkkürünün formalaşması üçün əvəzedilmədir.

Ekskursiyanın sonunda tələbələrə “Ədibin Evi”nin təşəbbüsü ilə nəşr edilən Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə Mir Cəlalın uşaqlar üçün azərbaycan dilində nəsrə çevirdiyi “Xəmsə” poemasından hekayələr hədiyyə olunub.

media-1773216480134997925_1200x630 media-17732164804773431615_1200x630 media-17732164804940364_1200x630

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05