Metro qatarları arasında interval səkkiz dəqiqəni keçib - SƏBƏB

media-hightechnic-468x90

Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.

Oxu.Az-a daxil olan məlumatda deyilir ki, səhər saatlarında metronun “Azadlıq Prospekti” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində qatarlar arasındakı interval səkkiz dəqiqəni keçib.

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, metroda hər hansı bir problem yaşanmayıb.

“Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında “Koroğlu”, 13:00-14:00 aralığında “28 May”, “Gənclik” və “Elmlər Akademiyası”, 18:00-19:00 aralığında isə “Elmlər Akademiyası” və “28 May” stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir. Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar “yaşıl xətt”in “Memar Əcəmi” stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir. Bu zaman “Memar Əcəmi”-“Dərnəgül” sahəsində qeyd edilən vaxt üçün “yaşıl xətt” üzrə elan edilmiş interval iki dəfə artıq olur”, – deyə B.Məmmədov bildirib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05