!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metro stansiyalarının yaydığı xəstəliklər - ARAŞDIRMA

!Reklam – Yazi

Britaniyalı alimlər günümüzün aktual probleminə uyğun maraqlı araşdırmaya imza atıblar. Onlar iddia edir ki, ən uzaq metro stansiyada enənlər daha çox qrip virus və infeksiyalara yoluxub, tez-tez xəstələnir.

Yenicag.az xəbər verir ki, elmi araşdırmanın nəticəsində məlum olub ki, mərkəzdə yaşayan insanlara nisbətən daha çox metrostansiya ilə yol gedib gələnlərin səhhəti arasında fərq var.

Bu paradoksal nəticəyə gəlmək üçün elm adamları Londonun müxtəlif uzaqlıqda rayonları və daha populyar metro marşrutları üzərində yaşayan insanların xəstəlik tarixlərini incələyib.

Hər gün London metrosundan 5 milyon insan istifadə edir. Məlum olub ki, virus və infeksiyalara daha çox metro stansiyası gedən insanlar tutulur. Mərkəzdən uzaqlaşdıqca xəstələnmə tezliyi də artır.

Daha uzaq yol gedib stansiyalardan stansiyaya, qatardan qatara keçid edən sərnişinlər isə daha çox risk altındadır.

Ən az xəstələnmə göstəricisi ilə metrodan ümumiyyətlə istifadə edən, digər nəqliyyatdan yararlanan ərazilərdə qeydə alınıb.

Ona görə də mərkəzdə yaşamağın daha bir üstün cəhəti az insanla təmasda olub, daha az qrip virusu və infeksiyalara yoluxmaqdır.

COP29

www.yenicag.az

7333
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv