Meyitin kimliyi məlum oldu
Bu gün Xaçmazda sifəti dağılmış kişi meyitinin kimliyi məlum olub.
Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov verdiyi məlumata görə, ölmüş şəxs Qusarın Bərdişqala sakini, hazırda Bakı qeydiyyatında olan 1982-ci il təvəllüdlü Ramik Namiq oğlu Xeyirovdur.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb. Xaçmaz rayon polis şöbəsinin əməkdaşları Ramik Xeyirovun qatilinin tapılması istiqamətində intensiv axtarış tədbirlərini həyata keçirir.
Xatırladaq ki, bu gün Ləcət kəndi yaxınlığında yerləşən meşə massivindən, 8 hektar adlanan ərazidən kişi meyiti tapılmışdı. Meyitin sağ əlində döymə üsulu ilə “Adik” yazılıb. Sol çiynində isə tac işarəsi təsvir olunub. Meyiti ətrafda yaşayan sakinlər tapıb. Onun üzərində geyim olmayıb. Aşkar olunan şəxsin boyu 168 sm-dir. Onun ayağında tünd rəngli, qalın kişi corabı olub.