“Meyitxanalara 20 cəsəd gətirilib”

media-hightechnic-468x90

e55c758a8d6a4a7666cb86f7553b1fafUkraynanın Mariupol şəhərinin “Qrad” qurğularından atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bunu Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə İdarəsinin rəisi Vyaçeslav Abroskin bildirib.

“Meyitxanalara 20 cəsəd gətirilib. Bununla belə, məlumatlar daim yenilənir, ölən və yaralananların sayı arta bilər”, deyə V.Abroskin qeyd edib.

Xatırladaq ki, Ukraynanın Mariupol şəhərin separatçılar tərəfindən atəşə tutulub. Ukraynanın Baş naziri Arseni Yatsenyuk hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600