Hətta evdə təzə sıxılmış meyvə şirəsi qazlı, şirəli içkilər qədər orqanizm üçün zərərli imiş.
Bunu ABŞ alimləri son elmi araşdırmalarının nəticəsi olaraq elan edib və bildiriblər ki, təzəsıxılmış meyvə şirələri insan ömrünü qısaldır.
Tədqiqatda 14000 qadın və kişinin tibbi məlumatları tədqiq olunub. 2003-2007-ci illərdə davam edən araşdırmada orta yaş 62 götürülüb. Əsasən bu insanlarda insult və infarktdan ölümə səbəblər araşdırılırıb.
İştirakçıların 71%-də artıq çəki, piylənmə və diabetə meyillik var idi. Onların 10%-i hər gün şirin qazlı su içirdi. 5%-i isə təbii meyvə şirələri qəbul edib.
6 il ərzində 1000 nəfər həyatını itirib, 168 nəfər isə ürəyin və beynin işemik xəstəliyindən dünyasını dəyişib.
Alimlər təyin edib ki, gündəlik meyvə şirəsi içənlərdə bu səbəblərdən ölüm daha çox baş verib.
Risk hər 350 ml meyvə şirəsində artıb.
Yəni nə qədər çox təzə çəkilmiş meyvə şirəsi içilibsə, ölüm bir o qədər yaxınlaşıb.
Rəqəmlərin müqayisəsi isə daha dəhşətıi olub: həddən artıq qazlı, şirin sular içəndə erkən ölüm 11%, amma meyvə şirəsi içənlərdə 24% olub.
Beləliklə, meyvə şirələrinin uzun ömür və sağlamlıq bəxş etməsi barədə mövcud olan nəzəriyyə özünü doğrultmayıb.
İş ondadır ki, təzə meyvə şirəsində də qazlı şirin içkidə olduğu qədər və daha artıq şəkər var. Bu da insulun dirənçini artırır, diabet, piylənmə, insulta səbəb olur. Belə ki, meyvələrin şəkəri olan fruktoza qanda lipidləri artırır, iltihab və təzyiqə səbəb olur.
Alimlər meyvənin şirəsini çəkmədən, özünün olduğu kimi, xüsusən qabıqlı yeyilməsini tövsiyyə edir.
www.yenicag.az