ARB-nin “Səhər-səhər” verilişində qonaq olan meyxanaçı Samirə plastik əməliyyat etdirən həmkarlarının bostanını daşlayıb.
Yenicag.az xəbər verir ki, görünüşündə dəyişiklik edib, xeyli çəki atan Samirə buna pəhriz vasitəsilə nail olduğunu deyib:
“Xüsusi pəhriz saxlayıram. Bədən çəkimə uyğun olaraq qida qəbul edirəm”.
Elgizin “Nənə olandan sonra niyə plastik əməliyyat etdirdiniz?” sualı sənətçini özündən çıxarıb. O, həmkarlarını yıxıb-sürüyüb:
“Necə olur, şou-biznesin nənə olanları gedib yüz dənə plastik əməliyyat etdirir, ora-buralarını şişirdir, özlərini gözəlləşdirir. Onlara olar, amma mənə yox?Mən də istəyirəm həyatımı dəyişim, özəl insanım olsun. Amma hələ ki, yoxdur”.
Nehru
www.yenicag.az