Məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb

media-hightechnic-468x90

0b0e7dd73cc23a97160cf3bc84ee0633“Yas mərasimləri ilə bağlı vip-çadırlar məsələsinə qarışa bilmərik, çünki buna başqa qurum baxır. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb, hazırda Nazirlər Kabinetində baxılır”.

Bunu bu gün Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Milli-mənəvi və dini dəyərlər: Tarixlik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

M. Qurbanlı bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar əksini tapıb: “Layihədə təklif edilir ki, qəbirlər adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olsun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600