Mia.az-a qarşı təxribat

media-hightechnic-468x90

publika.az13983176731465910_20120423160947Mia.az saytına haker hücumları olub və bu səbəbdən də saytın fəaliyyətində problemlər yaranıb.

Bu barədə məlumat verən Mia.az-ın redaktoru Zaur Əhməd bildirib ki, uzun müddətdir ki, bu cür hücumlar var, amma texniki heyət bunun qarşısını almağa müvəffəq olurdu:  «Son bir neçə gündə hücumlar daha da güclənib və müxtəlif İP-lərdən saytın yaddaşını dağıtmağa səy göstərirlər. Bu səbəbdən  saytı bağlamaq məcburiyyətindəyik. Hələlik hücumun kimlər tərəfindən təşkil olduğunu müəyyənləşdirə bilmirik. Amma son günlər müxtəlif sahələr üzrə tənqidi məqalələri yaydığımızdan bu hücumların arxasında kimlərinsə dayandığına əminik. Düşünürük ki, bu, azad sözə qarşı təxribatdır. Çalışacağıq ki, qısa müddətdə fəaliyyətimizi bərpa edək».
Redaktor onu da vurğulayıb ki, son günlər digər saytlar da haker hücumana məruz qalırlar və bu problemin kökündə həlli üçün aidiyyatı orqanlar lazımi addımlar atmalıdırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600