“Milan”ın əfsanəvi futbolçusu Corc Vea Liberiya prezidenti seçilib.
Yenicag.az xəbər verir ki, o, seçkilərdə ən çox səs qazanan şəxs olub.
Maraq üçün bildirək ki, Vea 2005-ci il seçkilərində Ellen Conson Sirleafa məğlub olaraq, prezidentlikdən əlini üzüb.
O, 2014-cü ildən Montserrado bölgəsinin senatoru olaraq Liberiya parlamentində yer alıb.
Qeyd edək ki, Vea 1995-ci ildə “Qızıl top” mükafatını qazanan ilk afrikalı futbolçu olub. O, “Milan”ın heyətində 1995/1996 və 1997/1998 mövsümlərində İtaliya A seriyasının qalibi adını qazanıb.
www.yenicag.az