“Millət vəkili seçilsəm, Xocalı soyqırımının tanınmasına çalışacam”-Haluk Yakar
Türkiyədə parlament seçkiləri yaxınlaşdıqca, həyəcan artır. Bürokratların istefa verərək, namizədliklərini irəli sürdükləri seçki prossesində tanınan isimlər kifayət qədərdir.
Yenicag.az xəbər verir ki, seçki prossesində iştirak edənlər arasında Azərbaycanla bağlı şəxslər də az deyil. Belə ki, uzun illər Azərbaycanda təhsil almış, Qorqud Ata Ocaqları başqanı Haluk Yakar da namizədlər arasındadır. Azərbaycanda ülkücü hərəkatın liderlərindən olan Haluk Yakar MHP-dən namizədliyini irəli sürüb.
Bu zamana qədərki fəaliyyəti boyunca Qarabağ və ermənilər mövzusunda Azərbaycanın mövqeyini paylaşan və bunu əməli fəaliyyətində də göstərən H.Yakarın seçiləcəyi təqdirdə də, eyni mövqeni Türkiyə Böyük Millət Məclisində də göstərəcək.
Yenicag.az-a özəl açıqlama verən Haluk Yakar bildirdi ki, “Millət vəkili seçilərsəm, ilk iş olaraq, Xocalı soyqırımını Türkiyə Parlamentinin də soyqırım olaraq, tanınması təklifini irəli sürəcəyəm və bu təklifin qəbul edilməsi üçün çalışacağam”.
Kamran/Yenicag.az