Bu gün “Neftçala” futbol klubunun idarə heyəti Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüş zamanı klubun məşqçi heyəti və üzvləri adından millət vəkilini doğum günü münasibəti ilə təbrik edib, ona klubun 10 nömrəli formasını hədiyyə ediblər.
Tənzilə Rüstəmxanlı xoş təbrikə və anlamlı hədiyyəyə görə klubun idarə heyətinə, komanda üzvlərinə və bütün azarkeşlərinə təşəkkürünü bildirib.
Millət vəkili qeyd edib ki, rayonumuzun fəxri olan komanda üzvlərinə möhkəm can sağlığı və peşəkar futbol karyeralarında uğurlar arzu edirəm. Əminəm ki, komandamız yaxın bir zamanda ölkəmizin sayılan-seçilən komandalarından biri olacaq.
Qeyd edək ki, “Neftçala” futbol klubu Azərbaycan futbol tarixində ard-arda 2 dəfə I divizion cempionu olan yeganə klub olub. Həmçinin Azərbaycan futbol tarixində bir turnirdə 83 qol vuraraq indiyə kimi bir sezon ərzində ən çox qol vuran komanda olaraq tarixə düşüb.
www.yenicag.az