Milli Məclis iclas keçirib
Bu gün Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclası keçirilib.
İclasda ilk olaraq komitə sədri Eldar İbrahimov payız sessiyasında görülən işlər barədə hesabatla çıxış edib.
E.İbrahimov bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib: “Bu iclaslarda 11 məsələ, o cümlədən 9 qanun layihəsi müzakirə edilib. Sessiya dövründə komitəyə 55 vətəndaş imzası ilə ərizə, şikayət və müraciət daxil olub. Bundan başqa 22 vətəndaş komitədə qəbul edilib”.
İclasda komitənin 2015-cü il yaz sessiyasında görəcəkləri işlərin planı təsdiq edilib.
Daha sonra “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə”, “Toraq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.