!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

!Reklam – Yazi

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası aprelin 14-də keçiriləcək.

Yeniçağ.Az-ın Report-a istinadən xəbərinə görə, iclasın gündəliyinə 36 məsələ daxil edilib.

İclasda Hesablama Palatasının 2016-cı il üzrə hesabatı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, eləcə də “Məktəbəqədər təhsil haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihələri müzakirə olunacaq.

Bunlardan başqa, gündəliyə “Qiymətli kağızlar bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Enerji resuralarından istifadə haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Dərman vəsaitləri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Telekommunikasiya haqqında”, “Avtomobil yolları haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Turizm haqqında” və s. qanunlara əlavə və dəyişikliklər layihələri daxildir.

Yeniçağ.Az

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv