!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin növbəti plenar iclası başladı

!Reklam – Yazi

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Yenicag.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyində 25 məsələ daxil edilib.

Deputatlar aşağıdakı məsələləri müzakirə edəcəklər.

1. “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi.

2. “Siyasi partiyalar haqqında” qanun layihəsi (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

4. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

6. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

7. “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8. “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

9. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

10. “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

11. Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

12. İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

13. Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

14. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

15. Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

16. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi (birinci oxunuş).

17. “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi (birinci oxunuş).

18. Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

19. Mülki Prosessual Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

20. Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

21. Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

22. “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

23. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

24. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

25. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv