Milli Televiziya və Radio Şurasına sədr seçildi
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Məhərrəmov Nuşirəvan Umud oğlu yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Bu barədə dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla N. Məhərrəmov 6 il müddətinə Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü təyin olunub(ans).