Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi son ev matçına çıxıb.
Yenicag.az xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunda Çexiya millisini qəbul edib.
Səfərdə keçirilən oyunda rəqibi ilə qolsuz bərabərə qalan millimiz, bu dəfə də çexlərdən qal və xallar qoparmaq istəyindəydi.
Lakin təəssüf ki, üç qolun qeydə alındığı qarşılaşma komandamızın məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu qarşılaşma Rəşad Sadıqovun milidəki son matçı idi.
DÇ-2018, seçmə mərhələ
IX tur
5 oktyabr
C qrupu
Azərbaycan – Çexiya 1:2
Qol: Ə.İsmayılov, 55-pen – Y.Kopiç, 35. A.Barak, 66.
Baş hakim: Benoit Millot
Baş hakimin köməkçiləri: Julien Pacelli, Bertrand Jouannaud
Dördüncü hakim: Frank Schneider (Hakimlər Fransadandır)
Hakim-inspektor: Are Habicht (Estoniya)
Komissar: Romano Clavadetscher (İsveçrə)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namiq Ələsgərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.
Çexiya: 23. İrji Pavlenka, 2. Pavel Kaderjabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Yosef Huşbauer, 11. Mixail Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suxi (k), 18. Yan Borjil, 20. Antonin Barak.
Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 16. Tomaş Koubek, 4. Yan Sikora, 6. Mixail Lüftner, 7. Yaromir Zmrqal, 9. Borjel Doçkal, 12. Şimon Falta, 15. Tomaş Souçek, 19. Yan Kliment, 21. Vatslak Kadleç, 22. Filip Novak.
Baş məşqçi: Karel Yarolim.
www.yenicag.az